!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Nazir məni niyə qəbul etmir?”, - deyən Yaşar Nurinin xanımına RƏSMİ CAVAB: "Dəfələrlə Nazirliyə etdiyi müraciətlərdə..."

!Reklam – Yazi

4-5 ildir mədəniyyət nazirinin qəbuluna düşə bilmədiyini bildirən mərhum Xalq artisti, tanınmış aktyor Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevaya nazirlikdən münasibət bildirilib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Nuridə Allahyarova Yenicag.az-a a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Görkəmli sənətkarımızın həyat yoldaşının dəfələrlə Mədəniyyət Nazirliyinə etdiyi müraciətlərdə qaldırdığı məsələlərə baxılıb və Nazirliyin mövqeyi ona bildirilib”.

Rəhimə Nuriyevanın “Yaşar Nuri anım və ad günlərində, bayramlarda yada salınmır” fikrinə gəlincə, N.Allahyarovanın cavabı belə oldu:

“Dünyasını dəyişən sənət adamlarının ailələrinin diqqətdən kənar qalması məsələsi ilə bağlı bildiririk ki, Nazirliyin imkanları daxilində onların ailələri ilə əlaqə saxlanılır, yubiley gecələrində və anım günlərində ailələrinin yanında olmağa çalışırıq. Təəssüf ki, həmin sənətkarların sağlığında aldığı Prezident təqaüdünün ailələrinə ödənilməsi məsələsi Nazirliyin səlahiyyətləri çərçivəsində deyil.

Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuriyevin həyatı və yaradıcılığı daim dövlətin və Mədəniyyət Nazirliyinin diqqət mərkəzində olub. Belə ki, o, Nazirliyin təqdimatı ilə 1981-ci ildə Respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, Prezident təqaüdçüsü olub.

Mərhum sənətkar 2012-ci ildə xəstə olduğu müddətdə Türkiyədə müalicə olunub və bütün müalicə xərcləri nazirlik tərəfindən ödənilib.

2016-cı ildə noyabr ayının 15-də Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Akademik Milli Dram Teatrında Xalq artisti Yaşar Nuriyevin 65 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib.

Sənətkarın 65 illik yubileyi münasibəti ilə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaddaş” Sənədli Filmlər Studiyasında “Yaşar Nuri” adlı sənədli film hazırlanıb. Yaşar Nurinin yaradıcılıq fəaliyyəti birmənalı şəkildə Azərbaycan teatr və kino tarixinin ən parlaq səhifələrini təşkil edir”.

Cəvahir

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv