Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazir müavini çalışdığı qurumda qardaşına yüksək vəzifə verib

Xəbər verdiyimiz kimi, Rövşən Mürvət oğlu Rüstəmov 14 iyun tarixində Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin edilib.

Yenicag.az xəbər verir ki, Rövşən Rüstəmov bu vəzifəsindən əvvəl “Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb və nazir Rəşad Nəbiyevlə yaxın əlaqələri var. Elə bu səbəbdən Rövşən Rüstəmov Rəşad Nəbiyevin təqdimatı əsasında Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin olunub.

Qardaşı Rüstəmov Heydər Mürvət oğlu isə Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin maliyyə sektorunun müdiri vəzifəsində çalışıb.

Qardaşının yüksək vəzifəyə təyinatından bir neçə ay əvvəl Rüstəmov Heydər Mürvət oğlu nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsinə təyin olunub. (Qaynarinfo.az)

www.yenicag.az

169
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100