Nazir müavini: “Dərs ili vaxtından əvvəl başlaya bilər”

“Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni TV”yə müsahibə verərkən deyib.

Onun sözlərinə görə:

“Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək”.