!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir müavini: "Əlilləri işə götürməyən şirkətlərin cərimələri artırılsın"

!Reklam – Yazi

Nazir müavini əlilləri işə götürməyən şirkətlərə tətbiq olunan cərimənin artırılmasını istəyir

Yenicag.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov  “Azərbaycanda ərazi bütövlüyü uğrunda əlil olmuş şəxslər mənzillə təmin olunur. Bununla bağlı 2014-2018-ci illəri əhatə edən dövlət proqramı qəbul olunub. Növbəti 4 il üçün də bu proqram qəbul olunacaq, o zaman da bu kateqoriyadan olan əlillər diqqət mərkəzində olacaq”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir müavini əlillərin işə götürülməməsi məsələsinə də toxunub: “Qanunvericilikdə müəssisələrdə əlillər üçün iş kvotası müəyyən edilib. Bu kvotaya əməl etməyənlərlə bağlı cəzalar nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsində bu məbləğ 45 manatdır. Düşünürəm ki, bunu artırmaq lazımdır. Çünki əlili işə götürməyən müəssisə rahatlıqla 45 manatı ödəyə bilər”.

N.Məmmədov qeyd edib ki, əlilliyin təyin olunmasında vətəndaş-məmur münasibəti sıfıra enib: “Əvvəllər bu sahədə xeyli rüşvətxorluq faktı qeydə alınırdı. Bu gün isə demək olar ki, tibbi sosial ekspert komissiyalarının fəaliyyəti ilə bağlı şikayətlər yoxdur”.

(report)

www.yenicag.az

1542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv