Nazir müavini işdən azad edildi

İqtisadiyyat nazirinin müavini tutduğu vəzifədən azad edilib.

Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov işdən çıxarılıb.

Qeyd edək ki, N. Səfərov 2006-cı ildən iqtisadi inkişaf naziririn müavini, 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini, daha sonra isə iqtisadiyyat nazirinin müavini işləyib.