Nazir müavini işdən çıxarıldı – Prezidentdən yeni təyinatlar

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İltimas Məmmədov vəzifəsindən azad olunub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.

Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.