Nazir müavini məşuqəsinə yüksək VƏZİFƏ VERDİ

Ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsindən istefa verən Vaan Hunanyanın yerinə yeni təyinat həyata keçirilib.

Yenicag.az xəbər verir ki, 32 yaşlı Ani Badalyan bu posta təyin olunub.

Məlumata görə, A.Badalyan 2012-ci ildə İrəvan Dövlət Universitetinin (YDU) beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini bitirib. 2013-cü ildə isə eyni ixtisasın magistratura pilləsinə daxil olub. Yeni XİN sözçüsü 2014-cü ildən isə nazirlikdə çalışır.

İddialara görə, A.Badalyan özündən 3 yaş balaca olan xarici işlər nazirinin müavini Vaan Kostanyanın məşuqəsidir. Onların arasındakı sevgi münasibətləri barəsində zaman-zaman erməni mətbuatı məlumatlar yayıb./Yenisabah.az/