!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir müavini səlahiyyət həddini aşan məmurlardan danışdı

!Reklam – Yazi

“78 bələdiyyə sədri məsuliyyətə cəlb olunub”

Yenicag.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabat verən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib. O, bildirib ki, bələdiyyələrin fəaliyyətində effektliyin artırılması üçün zəruri normativ aktlar qəbul edilib.

Nazir müavininin sözlərinə görə, son ildə vətəndaşların bələdiyyələrlə bağlı şikayətlərinin sayı xeyli azalıb:

“Statistika göstərir ki, son dövrlərdə vətəndaşların bələdiyyələrlə bağlı şikayətlərinin sayında xeyli azalma var. 700-dən çox müraciət diqqətlə araşdırılıb, təhqiqat nəticəsində onların böyük hissəsi təmin olunub. Şikayət edilmiş aktlar ləğv edilib. Narazılıq doğuran aktların bir hissəsi ilə bağlı araşdırmalar davam edir. Nazirliyin bələdiyyələrdə apardığı yoxlamalar nəticəsində 25 bələdiyyənin fəaliyyətində çox ciddi qanun pozuntuları aşkarlanıb. Bu sırada mənimsəmə, səlahiyyət həddini aşma halları qeydə alınıb. 78 bələdiyyə sədri məsuliyyətə cəlb olunub və onların haqqında məhkəmə qərarı çıxarılıb. Ədliyyə Nazirliyi bundan sonra da vətəndaşların bələdiyyələrlə bağlı müraciətlərinə həssaslıqla yanaşacaq”.

Araz Zeynalov

www.yenicag.az

1942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv