!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir müavini Türkiyənin koronavirusa qarşı mübarizəsində texniki peşə təhsilinin rolundan yazdı

!Reklam – Yazi

Türkiyə Milli Təhsil nazirinin müavini professor Mahmud Özerin “Türkiyədə Koronavirüs Epidemiyasında – Qara Günün Dostu: Texniki Peşə Təhsili” adlı məqaləsi dərc olunub.

Yenicag.az xəbər verir ki, məqalə “Bartın Universiteti Təhsil Fakültəsi Jurnalı”nda yayımlanıb.

Məqalədə qeyd olunub ki, Türkiyədə texniki peşə təhsilinin əhəmiyyəti koronavirus epidemiyası ilə mübarizə zamanı daha da önəmli olmuşdur. Artan istehsal gücü ilə texniki peşə təhsilinin əhəmiyyəti bu çətin günlərdə cəmiyyətin ehtiyaclarını ödəyən əsas aktyorlardan birinə çevrilib. Tədqiqatda texniki peşə təhsili müəsisələri tərəfindən koronavirüs epidemiyası ilə mübarizə prosesində həyata keçirilən istehsal prosesləri müzakirə olunmaqla yanaşı texniki peşə təhsilinin inkişaf etdirilməsi üçün atılması vacib olan addımlar və inkişaf sahələri də qısaca qiymətləndirilib.

Epidemiya günlərində təmizlik ləvazimatları, tibbi maskalar və birdəfəlik istifadə olunan materiallar təmin edilməsi ən çətin məsələlərdən biridir. Milli Təhsil Nazirliyinin dəstəyi ilə Anadolu Texniki Peşə Liseylərində ayda təxminən 10 milyon ədəd maska istehsal edilir. Türkiyənin müxtəlif bölgələrində yerləşən bütün məktəblərin təmizlik ləvazimatı ehtiyacları Anadolu Texniki Peşə Liseylərində istehsal edilən məhsullarla təmin edilir.

Texniki peşə təhsili müəsisələrində elmi-tədqiqat işləri çərçivəsində istehsal edilən qoruyucu maska, birdəfəlik istifadə olunan məhsullar və N95 standartında üz maskaları həmçinin səhiyyə işçilərinə də paylanılır. Bu, “Təhsil Vizionu-2023” layihəsinin elan edilməsi və təkmilləşdirilməsindən sonra texniki peşə təhsil sisteminin epidemiya günlərində cəmiyyətin ehtiyaclarını sürətlə təmin etdiyini göstərir. Texniki peşə təhsili sistemi tədqiqatda açıqlanan amillərlə inkişaf etdiriləcəyi təqdirdə  böhran dövrlərində cəmiyyətin ehtiyaclarını təmin edən əsas amillərdən birinə çevriləcəkdir.

www.yenicag.az

700
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv