Nazir müavinindən götürülən pullar – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti 8 mayda Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın görüntüsünü yayıb.

Yenicag.az xəbər verir ki, nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.