Rusiya baş nazirinin müavini Dmitri Roqozinin mənzili atəşə tutulub.
Yenicag.az qonşu ölkə mətbuatına istinadən xəbər verir ki, insident oktyabrın 14-də Moskvada baş verib. Naməlum şəxsin açdığı atəş nəticəsində nazir müavininin mənzilinin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.
Artıq faktla bağlı cinayət işi açılıb. Sözügedən olayla bağlı rəsmi məlumat verilmir.