“Növbəti iki il ərzində müəllimlərin əməkhaqlarını artırmaqla onların ödənişli fəaliyyətinin qarşısını administrativ yolla alacağıq”.
Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müəllim təhsil verdiyi sinfin şagirdinə repetitorluq etməməlidir:
“Bu mənəvi cəhətdən düzgün deyil. Amma müəllim normal olaraq dərsdən sonra şagirdi ilə məşğul ola bilər”./oxu.az