Nazir Namidan Piriyevin rütbəsini artırdı – FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyevin rütbəsi artırılıb.

Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, N.Piriyevə polkovnik-leytenant rütbəsi verilib.

Qeyd edək ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib. Onun yerinə isə N.Piriyev təyinat almışdı.