Nazir oğlu vəzifəyə təyin edildi

Bakıdakı 12 saylı Hüquq Məsləhətxanasının yeni rəhbərinin adı məlum olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Fariz Məmmədov hüquq məsləhətxanasının müdiri seçilib.

Qeyd edək ki, Fariz Məmmədov həm də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür.

O, ədliyyə naziri Fikrət Məmmədovun oğludur.