Nazir onu direktor təyin etdi

İlham Əliyev Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə direktor təyin olunub.

Yenicag.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Qeyd edək ki, İ.Əliyev bu təyinatadək Cəlilabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olub.