Bakı şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılova yeni böyük köməkçi təyin edilib.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin rəisi, polis polkovnik-leytenantı Taleh Ağalı vəzifəsindən azad edilərək Bakı BPİ rəisinin Şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin olunub.
Bakı polisi rəisinin əvvəlki böyük köməkçisi, polis polkovniki Əli Vəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.