Nazir polis mayoruna yüksək vəzifə verdi – FOTO

Biləsuvar Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşən Mustafayev Biləsuvar RPŞ-nin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Mustafayev bundan əvvəldə həmin şöbədə çalışıb./iqtisadiyyat.az