İsmayıllı rayon Polis Şöbəsinin rəisi Telman Ağasiyev vəzifəsindən azad edilib.
Yenicag.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Bildirilir ki, Telman Ağasiyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində vəzifəyə təyin edilib./Oxu.az/