Nazir postları yoxlamaq üçün səfərə çıxdı – Yolda öldü

Perunun müdafiə naziri Xose Uerta Torres inspeksiya səfəri zamanı dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, 71 yaşlı nazir müşahidə postlarının yoxlamaq məqsədi ilə səfər etdiyi Amasonas regionunda ürək tutmasından ölüb.

Bildirilir ki, yoxlanış zamanı nazir huşunu itirib və helikopterlə xəstəxanaya çatdırılıb. Təcili tibbi müdaxiləyə baxmayaraq, U.Torresi xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Xose Uerta Torres 2018-ci ilin aprel ayında müdafiə naziri təyin edilib.