!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir qoyunlara baxış keçirib

!Reklam – Yazi

DSC-0015-A620x350Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 29-da Ağcabədi rayonunda fəaliyyət göstərən “BMS Aqro” MMC-nin keçi təsərrüfatında olub.

Fermaları gəzən nazir bu yaxınlarda İspaniya və Fransadan gətilmiş “Asaf” və “Şarole” cinslərindən olan qoyunlara baxış keçirib.

“BMS Aqro” MMC-nin təsisçiçi Mülhazi Balakişiyev məlumat verib ki, təsəttüfat hər biri 1300 başlıq fermalar, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofsindən ibarətdir. Binalar müasir qaydalara uyğun olaraq nizamlanıb, heyvanların sağlığı və əlverişli mühitdə saxlanması üçün lazımi şərait yaradılıb. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, paralel tipli sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin çalışmaları və istirahətləri üçün hər cür şərait yaradılıb. Hazırda təsərrüfata Hollandiyadan və Fransadan gətirilmiş 4287 baş “Saanen” və “Alpin” cinsli damazlıq keçilər vardır.

Bildirilib ki, bu yaxınlarda fermaya İspaniyadan 900 baş “Asaf” cinsli və 11 baş “Şarole” cinsli qoyunlar gətirilib. “Ətlik-südlük istiqamətli “Asaf” cinsli qoyunların laktaziya dövründə süd verimi 250-450 litrdir. Bu qoyunlar yerli qoyun cinsləri ilə müqaisədə 5-8 dəfə çox süd verirlər. Ətlik istiqamətli “Şarole” cinsli qoyunların 1 yaşında ət verimi 55-60 kiloqramdır. Bu qoyunlar gələcəkdə yaradılacaq ailə təsərrüfatlarına da veriləcəkdir. Bu yaxınlarda təsərrüfata daha 1169 cins qoyun gətiriləcəkdir.

Təsərrüfatın fəaliyyəti ilə yaxından maraqlanan Nazir Heydər Əsədov müvafiq tapşırıq və tövsiyələr verib.

Nazir Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, son illər dünyada baş verən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyinin ön plana çəkilməsi fonunda ölkəmizdə kənd təsərrüfatı sahəsinə diqqət artırılıb. Azərbaycan Prezidenti bu sahəni ən prioritet sahələrdən biri elan edərək, qarşıya ölkənin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək vəzifəsini qoyub. Ölkəyə cins heyvanların gətirilməsi, kənd təsərrüfatının inkişafı üçün maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı verilən fərmanlar da bu strategiyanın yerinə yetirilməsinə yönəldilib.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv