“Nazir Rafael Ağayevə maşın bağışlamayıb”- Açıqlama

azadrehimov20160906Gənclər və idman naziri Azad Rəhimovun idmançı Rafael Ağayevə toyunda maşın hədiyyə etməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir.

Bunu AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova bildirib.

O, nazir Azad Rəhimov haqda mətbuatda yayılan məlumatın yalan olduğu deyib.
“Nazir bir çox idmançıların toyuna gedir. Hər idmançı evləndikdə ona maşın hədiyyə etsə, daha nə olar. Yayılan məlumat həqiqətə uyğun deyil”.