Nazir rəisi işdən çıxardı

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi, polis polkovniki Bayram İslamov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.