!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir rektora xəbərdarlıq etdi

!Reklam – Yazi

collage_photocatBu gün Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Toplantıda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunub, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru Nurlana Əliyevaya ciddi xəbərdarlıq elan edilib.

Xatırladaq ki, BSU-nun fasadında illərdir qorunan, Azərbaycanın şair və yazıçılarının təsvirlərini əks etdirən mozaikanın söküntüsü son günlər gündəmə çevrilmişdi.

 

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv