!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir rüşvət üstündə həbs olundu

!Reklam – Yazi

1014887388Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, dünən axşam istintaq əməliyyatı çərçivəsində “Başneft” şirkətinin səhmlərinin 50%-nin alınmasında yardımçı olması üçün iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə “Rosneft” şirkətinin nümayəndələri tərəfindən 2 milyon dollar həcmində rüşvət verildiyi zaman həbs tədbiri həyata keçirilib.

Kremlin mətbuat katibi Dmitri Peskov baş verənləri “RİA Novosti” üçün şərh edərkən, bunun çox ağır ittiham olduğunu, hər şeyin məhkəmədə həll ediləcəyini bildirib.

Qeyd edək ki, Rusiya KİV nazirin bu ilin oktyabr ayında rüşvət almasına görə, istefa ərizəsi yazması barədə məlumat yayıb. Nazirin istefaya Dövlət Dumasında gələn il üçün büdcə müzakirələrindən sonra göndərilməsi gözlənilib.(azvision)

 

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv