Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə Baş inspektoru, polis polkovnik-eytenantı Tofiq Quliyev işdən çıxarılaraq, sərəncama götürülüb.
Qeyd edək ki, T.Quliyev bundan öncə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. O, rayon ərazisində dayanma-durma, parklanma qaydalarının tez-tez pozulması, bunun nəticəsində isə yollarda tıxac yaranmasına görə, vəzifəsindən azad olunmuşdu.