Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Astara rayonuna səfəri çərçivəsində şəhid Orucov Nail Rəfail oğlunun ailə üzvləri ilə görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə yaxınları şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan danışıblar.
Qeyd edək ki, polkovnik-leytenant Nail Orucov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb. Ehtiyata buraxıldıqdan sonra “Aztelekom” MMC-nin Astara Telekommunikasiya Qovşağında işləyib.
Vətən müharibəsi zamanı – sentyabrın 29-da döyüş bölgəsinə yollanıb. Oktyabrın 31-də Qubadlı rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nail Orucov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.