Nazir şəhid övladlarının əllərindən öpdü – VİDEO/FOTO

Nazir Ramin Quluzadə şəhid övladlarının qarşısında baş əyib, əllərindən öpüb.

“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə birlikdə xarici hökumət rəsmilərinin VİP turunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçılarının təqdim etdiyi stendlə tanış olublar.

Yenicag.az xəbər verir ki, nazir Ramin Quluzadə şəhidlərimizin övladlarını diqqətlə dinləyib, onların qarşısında baş əyərək, əllərindən öpüb.