Nazir skuterdən yıxıldı – Kəllə-beyin travması aldı

Avstriyanın maliyyə naziri Maqnus Brunner qəza keçirib. 

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, skuterdən yıxılaraq ağır kəllə-beyin travması alan nazir xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyətinin sabit olduğu qeyd olunub.