Nazir: “Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır”

“Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu da bizi çox sevindirir”.

Yenicag.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev ADA-da keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində intensiv şəkildə işləyirik:

“Bu da ölkələrimiz arasında təhsil sahəsinin ən sıx pilləsi olacaq”.