!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazir “Xaçmazım” klipi haqda danışdı

!Reklam – Yazi

bc99ea5450079f6a27403c2fae54d207Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Xaçmazım” mahnısına çəkilmiş klipin haqqında danışıb. Bu gün Xaçmaz rayon mədəniyyət və turizm şöbəsinin yeni inzibati binasının açılışına qatılan nazir klipin rayonun mədəni həyatını əks etdirdiyini bildirib.

O, musiqini və ifaçılığı yüksək qiymətləndirdiyini bildirib. “Ümidvaram ki, bütün xaçmazlıların da daim dinləyəcəyi və izləyəcəyi bir musiqi olacaq”.

Qeyd edək ki, “Xaçmazım” mahnısının sözləri Vahid Əzizə, musiqisi Tahir Əkbərə məxsusdur. Regionda ilk dəfə həyata keçirilən layihə Regional Televiziyaya məxsusdur. 4 gün ərzində lentə alınan klipdəki səhnələr rayonun tarixi abidələri, diqqət çəkən tikililəri və istirahət məkanlarında çəkilib.

(lent.az)

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv