NAZİR – Yanvarda hasil edilən neftin 80faizə yaxını ixrac edilib

“Operativ məlumatlara görə, bu ilin yanvar ayında hasil edilmiş 2.7 milyon ton neftin 2.1 milyon tonu ixrac edilib”.

Yenicag.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Nazir qeyd edib ki, yanvarda 4 faiz artımla hasil edilmiş 4.2 milyard kubmetr qazın 2.2 milyard kubmetri ixrac olunub.