Nazir yeni rəis müavini təyin etdi

Ağcabədi rayon polis şöbəsində kadr dəyişikliyi olub.

Yenicag.az məlumat verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. O, bundan əvvəl rayon Polisinin istinadən bölməsinin rəisi işləyib.