Nazir yeni rəis təyin etdi

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Yenicag.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Ayaz Məmmədov vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə isə Kamran Məmmədov təyin edilib.

Qeyd edək ki, K.Məmmədov bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsində çalışıb.