Nazirdən əhaliyə VƏD: “2014-cü ildə baş verən olaylar təkrarlanmayacaq”

Ukraynanın daxili işlər naziri yayılan müharibə xəbərdarlığı fonunda əhalini təşvişə düşməməyə çağırıb.

Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Denis Monastırski 2014-cü ildə Slavyanskda qeydə alınmış insidentin təkrarlanmayacağını bildirib.

Nazirin sözlərinə görə, ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanları separatçıların 2014-cü ildə Slavyansk şəhər administrasiyasının binasını zəbt etmələrinə bənzər olayların təkrar yaşanmasına imkan verməyəcəklər:

“Əgər hansısa Qirkin (Donbas separatçılarının keçmiş “müdafiə naziri” İqor Strelkov – red.) indi inzibati binaları ələ keçirməyə cəhd göstərsə, xəbərdarlıq edilmədən yerindəcə güllələnəcək”.