Nazirdən plastik cərrahlarla bağlı AÇIQLAMA

İndiyə qədər 40 plastik cərrahın sənədi Xüsusi Təftiş Komissiya tərəfindən təftiş edilib.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, Xüsusi Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib.