Nazirdən qəzalı vəziyyətdə olan məktəblərlə bağlı AÇIQLAMA

“Qəzalı vəziyyətdə olan məktəblərin sayı 30 faiz azalıb”.

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir buna görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib:

“Həmişə qəzalı məktəblər haqda çox danışırdıq. Son 3 il ərzində 275 yeni məktəb tikilərək istifadəyə verilib. Bununla da qəzalı və əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı 30 faiz azalıb. Hazırda 634 sayda belə məktəb var. Ya o məktəblər yenidən tikiləcək, ya da təmir olunacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.

Cəvahir