Nazirdən rəqəmsal iqtisadiyyatla bağlı paylaşım

“Rəqəmsal iqtisadiyyat sahəsində yüksək ixtisaslı kadrların olması Azərbaycanın iqtisadi inkişafına və rəqəmsallaşma prosesinə mühüm töhfələr verir”.

Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

“İT-Akademiya” layihəsi çərçivəsində təhsil almış tələbələrə məzun günü münasibətilə təbriklərimizi çatdırır, uğurlar və nailiyyətlər arzulayırıq”,- deyə nazir bildirib.