Kremllə hər hansı razılaşma Dəməşqin maraqlarına uyğun olduğu müddətcə Suriya Rusiyanın ölkədəki hava və dəniz bazalarını saxlamasına razıdır.
Yenicag.az xəbər verir ki, bu barədə Suriyanın müdafiə naziri Əbu Kəsra “The Washington Post” qəzetinə müsahibəsində deyib.
Nazir Rusiyanın Tartusdakı dəniz limanını və Latakiyadakı Xmeymim aviabazasını saxlamasına icazə verilib-verilməyəcəyi ilə bağlı suala belə cavab verib: “Bundan Suriya üçün fayda əldə etsək, bəli”.
Onun sözlərinə görə, Moskva ilə münasibətləri elə bərpa etmək olar ki, bu, ilk növbədə Suriyanın, sonra isə onların maraqlarına cavab versin: “Hələlik Rusiyanın hərbi mövcudluğu ilə bağlı razılaşma dəyişməyib, lakin gələcəkdə bu, əlavə danışıqlar tələb edir”./unikal