Nazirdən Türk iş adamlarına ÇAĞIRIŞ

“Türk iş adamları xüsusi investisiya güzəştləri təklif edən, yeni yaradılmış Ələt İqtisadi Zonasında beynəlxalq ixrac standartlarına cavab verən və müasir texnologiyalarla təchiz olunan birgə müəssisələr yaratmaq imkanlarını nəzərdən keçirmək imkanlarına malikdir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.

“Hesab edirəm ki, iş adamlarımız infrastruktur layihələrindən və əlverişli investisiya mühitindən faydalanaraq ixrac coğrafiyamızı daha da genişləndirməlidirlər. Biz, həmçinin öz ölkələrimizdə təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirak etməli və məhsullarımızı beynəlxalq istehlakçılara yaxından tanıtmalıyıq”, – deyə nazir qeyd edib.