Nazirdən XƏBƏRDARLIQ – “Qış sərt keçəcək”

Moldovanın Baş Naziri Dorin Reçan qarşıda aylarda qış fəslinin Moldovada çətinlər yaradacağını xəbərdarlıq edib.

Yenicag.az bu barədə Newsmaker portalı məlumat yayıb.

Noyabrın 27-də hökumət iclasının əvvəlində Reçan Moldovanı ciddi enerji problemlərinin gözlədiyini vurğulayıb. Baş Nazir iki əsas risk faktorunu qeyd edib: birincisi, Dnestryanı bölgəyə qaz nəqlinin mümkün dayandırılması, ikincisi isə əhali üçün qaz tariflərinin artmasıdır.

O, bildirib ki, təxminən 300 min insanın yaşadığı Dnestryanıya qaz nəqlinin dayanması humanitar fəlakət riski yarada bilər.

“Bu insanlar bizim vətəndaşlarımızdır, ona görə də mütləq bir həll yolu tapmalıyıq,” – deyə o əlavə edib.

Baş Nazir həmçinin vətəndaşları qaz tariflərinin artırılmasına hazır olmağa çağırıb. O qeyd edib ki, milli enerji tənzimləyicisi “Moldovaqaz”ın tariflərin artırılması ilə bağlı müraciəti diqqətlə araşdırılmalıdır.

“Yay və payız aylarında qazın necə alınması ilə bağlı bir çox suallar var və bu məsələlər parlament dinləmələrində müzakirə ediləcək,” – deyə moldovalı nazir bəyan edib.

Qeyd olunur ki, bu həftənin əvvəlində Moldovanın energetika naziri Rusiyaya səfər edərək “Gazprom” rəhbəri ilə görüş keçirib. Danışıqlar zamanı 2025-ci ildən sonra qaz nəqlinin davam etdirilməsi və Rusiyanın Moldovaya aid etdiyi qaz borcu məsələləri müzakirə olunub.

COP29