!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirdən yeni FETÖ açıqlaması: “Daha böyük çevrilişin anonsunu verirlər”

!Reklam – Yazi

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ terror şəbəkəsi FETÖ-nun öz taktikasını tez-tez dəyişdiyini bildirib.

Yeniçağ.Az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ TGRT kanalına müsahibəsində FETÖ-nun azadlıqdakı rəhbərlərinin öz tərəfdarlarını yeni çevrilişə təhrik etdiyini bildirib:

“Həbsdə olanlar və onların ailələrinə “Aman ha, ifşa olunmayın, dağılmayın, daha böyük çevriliş olacaq” deyərək, onlarda davamlı gözlənti ovqatı yaradırlar. Çevriliş üçün bir tarix göstərirlər, o müddət gəlib-keçəndən sonra başqa tarix müəyyən olunur. Xəyallarını həqiqət kimi qələmə verib, motivasiyanı saxlamağa çalışırlar. Etiraf etməyi düşünənlərə mane olmaq üçün “Bir az da səbr edin, sabah “finiş xətti”nə çıxırıq” kimi vədlər verirlər. Həbsdəkilər göndərdikləri təlimatlarda “Hər şeyi inkar etmələrini” istəyirlər. Cinayətlərini etiraf etmək istəyənlər böyük təzyiq altındadırlar. Bu terrorçu Gülən çox böyük yalanlar, iftiralar uydurur, bunu da Allah rizası üçün etdiyini deyir. Allah rizası üçün yalan söylənməz. İftira ən böyük günahlardan biridir. Bir nəfər digərinə “10 gün sonra bu iş olacaq” deyir. 10 gün keçir, deyir, 20 gün sonra olacaq, bu hal yüz dəfə təkrarlanır”.

Yeniçağ.Az

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv