Nazirdən yeni TƏYİNAT

Daxili İşlər orqanlarında yeni təyinat olub. 

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Rüstəm Hüseynov Quba Rayon Polis Şöbəsinin rəisinə şəxsi heyətlə iş üzrə köməkçi təyin olunub.