Nazirdən yeni TƏYİNAT

Şabran Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, polis general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cəmil Nəsirov Şabran RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

O, bu vaxta qədər həmin şöbədə Xidmət üzrə rəis müavini vəzifəsində çalışıb./Report/