Nazirdən zəlzələ ilə bağlı AÇIQLAMA

“Son illər iqlim dəyişikliyi nəticəsində daşqınlar, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

O deyib ki, zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir: “Sadəcə, fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlılığı yoxlanılıb və proses hər zaman davam edir”.