Xocalı soyqırımından 26 il ötür.
Yenicag.az xəbər verir ki, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən törədilən qətliama Türkiyə də biganə qalmır.
Bu gün qardaş ölkədən olan istər nazir, istər millət vəkili, istər müğənnisi, istərsə də sadə vətəndaşı “twitter”də Xocalı qətliamı ilə bağlı paylaşım edir, erməni vəhşiliyini qınayır, Xocalıya ədalət tələb edir.
Bunların arasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Elm, Sənayə və Texnologiya naziri Faruk Özlü, Ədalət və İnkişaf Partiyasından millət vəkilləri Cihan Pektaş, Burhan Kuzu, TRT-nin baş direktoru İbrahim Eren, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdet Ünüvar, MHP-nin deputatı Ruhi Ersoy, Yılmaz Büyükerşen – Əskişəhərin bələdiyyə sədri Yılmaz Büyükerşen, İYİ partiyasının sədri Meral Akşener, müğənni Murat Kekilli kimi şəxslər də var.
Emin Səfərov