Reklam

Reklam

1393059659_ziya-pul-11“Transgeyt”in “son qənimət”i şoferləri ayağa qaldırıb

“Transgeyt” MMC-də vəziyyət dözülməz həddə çatıb. Bu barədə Yenicag.az-a etibarlı mənbədən xəbər daxil olub. Mənbənin sözlərinə görə, sərnişindaşıma Bakı meriyasına keçdikdən sonra “Transgeyt” MMC-nin rəhbərliyi şoferlərə rəsmən zülm verirlər.

Günlük planı 30 faiz artıran MMC “nə götürsək qənimətdir” məntiqilə sərnişindaşımanın Meriyaya keçəcəyi günə qədər fəaliyyət göstərir.

Avtomobil ehtiyat hissələrini də yüzdəyüz bahalaşdıran “Transgeyt”in rəhbərliyi şoferlərin üsyanına zəmin hazırlamaqdadır.

Son 15 gündə 20-ə yaxın şoferin işi buraxdığını bildirən mənbə kütləvi etirazın olacağını da istisna etmədi. Belə ki, şoferlər şərtlər sadələşdirilməyəcəyi təqdirdə kütləvi şəkildə işə çıxmayacaqlarını bildiriblər. Bu isə paytaxtın sərnişindaşımasının iflic olması anlamına gəlir.

Xatırladaq ki, “Transgeyt”ə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu rəhbərlik edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 114
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."