“Mənə “al bu yüz mini və get”, desə də sizinlə hüquq müstəvisində qarşılaşacağımı dedim”.
Bunu Yenicag.az-a videomüsahibəsində 2017-ci ildə Bakıya gələn “Ajda Baku” MMC-nin təsisçisi Mikayil Kəskin deyib.
Onun sözlərinə görə, restoran əvvəlcə 3 ortaq ilə fəaliyyətə başlayıb
“Cüneyt Akgün, Rizvan Məmmədov və mən işə başladıqda həm təsisçi, həm də direktor özüm idim. Ancaq bir müddət sonra mənim xəbərim olmadan hər iki vəzifəmi əlimdən alıblar. Bunu isə saxta ünvana mənimlə əlaqə saxlaya bilməyiblər. Hər kəsə aydındır ki, xarici vətəndaşlar üçün qanuni olaraq keçərli olan ünvan Dövlət Miqrasiya Xidmətidir”, – deyə Mikayil Kəskin bildirib.
Əlavə olaraq təsisçi həmin şəxslərin 4 illik qazancını ödəmədiyini qeyd edib:
“Prezident İlham Əliyevdən və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan üzləşdiyim məsələ ilə bağlı dəstək istəyirəm. İki ölkə arasında qardaşlıq münasibətlərini bu kimi məsələlərlə pis hallandırmaq istəmirəm. Məni bu vəziyyətə salan şəxs Naxçıvan Muxtar Respublikasının Təhsil nazirinin qardaşı olduğu üçün maddi baxımdan çox güclüdür. Mənə “al bu yüz mini və get”, – desə də, sizinlə hüquq müstəvisində qarşılaşacağımı dedim. O isə qarşılığında “Azərbaycanda hüquq yoxdur, sən kimsən ki, məhkəmədə təhsil nazirinin qardaşına, yəni mənə qalib gələsən”.
Şikayətçi bildirib ki, qarşı tərəf məhkəməni ciddiyə almır və 8 qarşılaşdırma üzrə cəmi birində iştirak edib:
“Bu sözün həqiqi mənasında çox pis haldır. Azərbaycanda belə şeylər yaşanmamalıdır. Qardaşlıq münasibətlərini nəzərə alaraq, özümü vətənimdə hiss edirəm. Sadəcə, doğru qərar verilməsini, haqq-ədalətin yerini tapmasını istəyirəm”.
Ətraflı videomüsahibəni təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov