Türkiyənin turizm naziri Mehmet Nuri Ərsoyun həyat yoldaşı Pərvin Ərsoy içdiyi meyvə şirəsinin qutusundan çıxan cismi sosial şəbəkədə paylaşıb.
Yenicag.az xəbər verir ki, “Dimes” meyvə şirəsinin qutusundan çıxan cismi sosial şəbəkə hesabından paylaşan nazir xanımı insanların sağlamlığının necə təhlükəyə atıldığını qeyd edib:
“Bir az əvvəl oğluma bir stəkan alma şirəsi vermək istədim. “Ana, bu ki iyrəncdir”, – deyib həmin an tüpürdü. Nə baş verdiyini anlamadıq. İçini boşaldıb qutunu kəsdim. Qutuya baxın, insanların səhhəti ilə necə oynayırlar”.
“Dimes”dən məsələ ilə bağlı verilən açıqlamada bunun istehsal xətası olmadığı, saxlanma qaydasının pozulması, qutunun içinə hava daxil olması nəticəsində kif yarandığı bildirilib.
Aqil Bəkir