Nazirlər İranda görüşəcəklər

скачанные файлыAprelin 5-6-da İranın Rəmsar şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, görüşdə üçtərəfli regional əməkdaşlıq layihələri və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən digər məsələlər müzakirə olunacaq.