Nazirlər Kabineti “BMW”-lərini satır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 15-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Komitədən verilən məlumata görə, hərraca ümumilikdə on avtomobil çıxarılacaq. Hərraca çıxarılan avtomobillər arasında Daxili İşlər Nazirliyinin tabeliyində olan “BMW-320” və “FIAT Doblo” markalı avtomobillər, həmçinin Mərkəzi Bankın və Nazirlər Kabinetinin nəqliyyat vasitələri də var.

Komitənin dərc etdiyi siyahıda DİN-ə məxsus 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdan, Nazirlər Kabinetinin 2006-cı il istehsalı olan “BMW 730” markalı avtomobilin qiyməti isə 22 500 manatdan başlayır.

COP29